"Neftçi"də baş məşqçi dəyişikliyi

  "Neftçi"də baş məşqçi dəyişikliyi

Futzal üzrə Azərbaycan Yüksək Liqasında 2024-25 mövsümünü üçüncü pillədə bitirən "Neftçi" İK yay transfer dövründə heyətində dəyişikliklər edib.

"Mediasport" xəbər verir ki, "ağ-qaralar" baş məşqçi postunda İlkin Hacıyevi Fuad Rzayevlə əvəzləyib.

Namiq Məmmədkərimov, Eldar Zeynalov, Mirzə Əmirov, Adil İsmayılov, Zaur Həsənov, Xətai Bağırov, İsa Atayev, Seymur Məmmədovla yollar ayrılıb.

"Baku Fire"dən Nihat İsmayılov, Kamran Hacıyev, Tofiq Əliyev komandaya cəlb edilib.

Eyni zamanda, klub Dias Ramos Lukas və Senciel Miolli Allekslə razılıq əldə edib.