“Bakı Marafonu 2025”dən rekord sayda iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2025”ə qeydiyyat başa çatıb.
“Mediasport” xəbər verir ki, mayın 4-də baş tutacaq növbəti marafon üçün əvvəlkilərlə müqayisədə ən yüksək sayda - 27 min iştirakçı qeydiyyatdan keçib.
“Küləyə qalib gəl” yürüşünə Azərbaycan vətəndaşları ilə yanaşı, digər ölkələrin nümayəndələri, həmçinin fiziki imkanları məhdud şəxslər, Daun sindromlu uşaqlar da qoşulacaqlar.
Start nöqtəsi Dövlət Bayrağı Meydanı olan marafon Dənizkənarı Bulvar, paytaxtın mərkəzi küçə və prospektləri olmaqla, ümumilikdə 21 km məsafədən sonra başlandığı yerdə yekunlaşacaq.
Finişə çatan ilk 2000 iştirakçıya medallar, bütün marafon iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə isə sertifikatlar təqdim olunacaq.