Daha bir cüdoçumuz dünya çempionatında medal qazandı!
Azərbaycanın daha bir cüdoçusu Bakıda keçirilən dünya çempionatında medal qazanıb.
"Mediasport" xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan Murad Fətiyev bürünc mükafat əldə edib.
O, medal görüşündə serbiyalı Nemanya Majdova qalib gəlib.
Qeyd edək ki, Azərbaycan komandası onadək DÇ-də hələlik 4 medala yiyələnib.
Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) isə bürünc mükafat əldə edib.
Milli Gimnastika Arenasında təşkil edilən yarış oktyabrın 11-də yekunlaşacaq.

