Cüdoçumuz dünya çempionatında bürünc medal uğrunda yarışacaq
Azərbaycan cüdoçusu Murad Fətiyev Bakıda keçirilən dünya çempionatında bürünc medal qazana bilər.
"Mediasport" xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda yaponiyalı Qoki Tayimaya ipponla uduzub.
Fətiyevin medal yolunda rəqibi serbiyalı Nemanya Majdov olacaq.
Final boksu saat 18:00-da start götürəcək.
Qeyd edək ki, bu gün Südabə Ağayeva (70 kq), Elcan Hacıyev və Süleyman Şükürov (hər ikisi 90 kq) ümidləri doğrultmayıblar.
Azərbaycan komandası oktyabrın 11-də başa çatacaq DÇ-də hələlik 4 medal qazanıb.
Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) isə bürünc mükafat əldə edib.

