Azərbaycanın Olimpiya və dünya çempionu mübarizəyə başlayır
Bakıda böyüklər arasında cüdo üzrə dünya çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, bu gün Azərbaycanın daha bir təmsilçisi mübarizə aparacaq.
Olimpiya və dünya çempionumuz Zelim Kotsoyev (100 kq) 1/32 finalda türkmənistanlı Baymırat Majanovla qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan komandası indiyədək DÇ-də 5 medal qazanıb.
Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) isə bürünc mükafat əldə edib.
Milli Gimnastika Arenasında təşkil edilən yarış oktyabrın 11-də yekunlaşacaq.

