Pumse üzrə ölkə birinciliyinə və çempionatına start verildi - FOTO

Pumse üzrə ölkə birinciliyinə və çempionatına start verildi - FOTO

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda (FHN İSK) pumse üzrə yeniyetmələr, gənclər və böyüklər arasında ölkə birinciliyi və çempionatına start verilib.

"Mediasport" xəbər verir ki, yarışda 22 klubdan ümumilikdə 130 idmançı üç yaş kateqoriyası (12-14 yaş, 15-17 yaş və 18-30 yaş) üzrə fərdi və üçlük proqramında mübarizəyə qoşulub.

Xatırladaq ki, turnirə bu gün yekun vurulacaq.