Dünya çempionatında daha bir boksçumuz yarımfinala çıxdı
İngiltərənin Liverpul şəhərində boks üzrə dünya çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, Azərbaycanın daha bir təmsilçisi adını yarımfinala yazdıraraq azı bürünc medalı qarantiləyib.
75 kq çəki dərəcəsində yarışan Səidcəmşid Cəfərov 1/4 finalda Pavlo İlliuşanı (Ukrayna) 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə mübarizədən kənarlaşdırıb.
Səidcəmşid yarımfinalda özbəkistanlı Fazliddin Erkinboyevlə döyüşəcək. Görüş sentyabrın 12-də keçiriləcək.
Xatırladaq ki, 1/2 finala çıxan komandamızın lideri Alfonso Dominges həmin gün braziliyalı Santos Ribeyro Filyo qarşılaşacaq.
