Bakıda Qran-pri yarışının rəsmi açılış mərasimi baş tutdu

Heydər Əliyev adına İdman-Konsert Kompleksində yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-pri yarışının rəsmi açılış mərasimi baş tutub.
"Mediasport" xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Konkisürmə Birliyinin prezidenti Co Yul Kim çıxış ediblər.
Daha sonra yarış açıq elan edilib.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Qış İdman Növləri Federasiyası və Beynəlxalq Konkisürmə Birliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə keçirilən yarış 3 gün davam edəcək.
Yarışda 38 ölkədən 92 idmançı mübarizə aparacaq.
Qran-Prinin ilk günündə kişilər və qadınlar qısa proqram üzrə çıxış edəcəklər. Sentyabrın 25-də kişilər sərbəst proqramda, cütlüklər isə qısa rəqs proqramında qüvvələrini sınayacaqlar.
Sentyabrın 26-da isə qadınlar sərbəst proqramla, cütlüklər isə sərbəst rəqs proqramı ilə çıxış edəcəklər