Xankəndi stadionunun təhvil veriləcəyi vaxt açıqlandı - FOTO

Xankəndi stadionunun təhvil veriləcəyi vaxt açıqlandı - FOTO

Yenidənqurması aparılan Xankəndi şəhər stadionunda təmir-bərpa işləri intensivləşib.

"Mediasport" xəbər verir ki, III MDB Oyunlarına hazırlıq prosesi çərçivəsində stadionun tikintisinin bu ilin sentyabrına qədər başa çatdırılması nəzərdə tutulub.

15 min tamaşaçı tutumuna malik Xankəndi stadionu 1956-cı ildə istifadəyə verilib.

Sovet dövründə Ağdamın "Qarabağ" klubu ev oyunlarını bu arenada keçirib. Stadionda futbolçular üçün paltardəyişmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar nəzərə alınıb.

layihəyə əsasən stadionun daxilində bilet satışı, eləcə də müxtəlif ictimai iaşə obyektləri, yerüstü avtodayanacaqlar, nəzarət-buraxılış məntəqələri yaradılacaq.

Qeyd edək ki, III MDB Oyunlarının kamandan oxatma yarışlarının sentyabrda Xankəndi şəhər stadionunda keçirilməsi nəzərdə tutulur.