Yeni mövsümdə də avrokubok matçları Azərbaycanda olacaq?

Yeni mövsümdə də avrokubok matçları Azərbaycanda olacaq?

Belarus klubları növbəti mövsümdə də avrokubok matçlarını Azərbaycanda keçirə bilərlər.

"Mediasport" xəbər verir ki, bu barədə yerli mətbuata açıqlamasında Belarus Futbol Federasiyasının (BFF) sədr müavini Andrey Vasilyeviç danışıb.

Qurum rəsmisi yekun qərar verilmədiyini bildirib:

"Hazırda dəqiq nəsə deyə bilmərəm. Biz UEFA və stadionlarla qarşılıqlı əlaqə yaratmaq üçün bir neçə federasiya ilə danışıqlar aparırıq. Stadion seçimi klublardan asılıdır. İndiki məqamda Azərbaycan və Macarıstan seçimi var. Amma başqa variantlar da ortaya çıxa bilər".

Xatırladaq ki, ötən mövsüm Minsk “Dinamo”su Avropa Konfrans Liqasının əsas mərhələsində ev oyunlarını Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçirib və “Harts” (Şotlandiya), “Kopenhagen” (Danimarka) və “Larne”ni (Şimali İrlandiya) ölkəmizə səfər edib.