"Kəpəz"də seçimlər başlanır

“Kəpəz” Futbol Akademiyası yeni mövsüm üçün seçimlərə başlayır.
"Mediasport" xəbər verir ki, Gəncə təmsilçisi 7-12 yaş arası (2013-2018-ci il təvəllüdlü) uşaqları seleksiya məşqlərinə dəvət edir.
Seçimlər iyunun 8-i və 9-u tarixlərində olacaq. Seleksiya prosesi klubun Məşq Mərkəzində saat 10:00-da start götürəcək.
Seçimlərdən uğurla keçən futbolçular akademiyanın müvafiq yaş qrupu üzrə komandalarına qəbul olunacaqlar.
Seçimlərdə iştirak etmək istəyənlər təyin olunmuş mobil nömrə ilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər: 050 330 37 06.