"Qarabağ"ın futbolçusu Çempionlar Liqasının rəmzi heyətinə düşdü

"Qarabağ"ın futbolçusu Çempionlar Liqasının rəmzi heyətinə düşdü

UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunun rəmzi "11-liy"i açıqlanıb.

"Mediasport" xəbər verir ki, simvolik heyətə Azərbaycan çempionu "Qarabağ"ın müdafiəçisi Mateus Silva da düşüb.

Siyahını "Yahoo" portalı tərtib edib. Silvanın Portuqaliyada "Benfika" üzərində 3:2 hesablı tarixi qələbədə böyük sahibi olduğu yer alıb.


"11-lik" aşağıdakı kimidir:

Qapıçı: Joan Qarsiya ("Barselona", İspaniya);

Müdafiəçilər: Mateus Silva ("Qarabağ", Azərbaycan), Derrik Lukassen ("Pafos", Kipr), Vircil Van Dayk ("Liverpul", İngitlərə), Yusufa Mboci ("Slaviya", Çexiya);

Yarımmüdafiəçilər: Hakan Çalhanoğlu ("İnter", İtaliya), Hans Vanaken ("Brügge", Belçika), Fransişku Trinkao ("Sportinq", Portuqaliya);

Hücumçular: Markus Rəşford ("Barselona", İspaniya), Duşan Vlahoviç ("Yuventus", İtaliya), Harri Keyn ("Bavariya", Almaniya).