Bölgə klubunda iki yeni transfer

 Bölgə klubunda iki yeni transfer

2-ci Liqa təmsilçisi "Şəmkir" heyətini iki yeni oyunçu ilə gücləndirib.

"Mediasport" xəbər verir ki, qərblilər Cavid Məmmədov və Elşən Abdullayevlə anlaşıblar.

Hər iki futbolçu ilə 1 mövsümlük müqavilə bağlanıb.

Məmmədovun son klubu "Lerik" olub, Abdullayev isə "Zirə"nin əvəzedicilərdən ibarət komandasında çıxış edib.