Slovakiyada Avropa çempionu olmuş millimiz Vətənə qayıtdı

Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının qalibi olmuş Azərbaycanın yunan-Roma güləş millisi Vətənə qayıdıb.
"Mediasport" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında yığmanı Azərbaycan Güləş Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri və yaxınları qarşılayıblar.
Qeyd edək ki, AÇ-də 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan millimiz 151 xalla komanda hesabında birinci yeri tutub.
Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq) gümüş, Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal əldə ediblər.