"Qarşılaşmaya ən yaxşı formada köklənmişik" - "Qarabağ"ın rəqibi
"Düşərgədə yüksək əhval-ruhiyyə var. Qarşıda bizi vacib əhəmiyyəti olan oyun gözləyir. Hər matça olduğu kimi, bu görüşə də ən yaxşı şəkildə hazırlaşmağa çalışırıq".
"Mediasport" xəbər verir ki, bu sözləri Bolqarıstanın ÇSKA (Sofiya) klubunun üzvü Anxelo Martino deyib.
Argentinalı cinah futbolçusu sabah UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində qarşılaşacaqları “Qarabağ”la duel haqda düşüncələrini paylaşıb.
Cənubi amerikalı əsas hədəflərinin mərhələ keçmək olduğunu bildirib:
"Məqsədimiz oyunçu kimi bütün keyfiyyətlərimiz meydanda yaxşı tərəfdən göstərin növbəti raunda yüksəlməkdir:
Klubun imicini qorumaq üçün çalışırıq. Güclü tərəflərimizdən maksimum istifadə etmək istəyirik.
Ölkəni ən yaxşı şəkildə təmsil etməliyik. Ona görə bu qarşılaşmaya da ən yaxşı formada köklənmişik".
Qeyd edək ki, matç sabah Bakı vaxtilə saat 22:00-da start götürəcək. Ötən həftə Bakıda ilk duel 0:0 hesabı ilə yekunlaşıb.


