II "Ulduz Cup": "Neftçi" və "Sabah"ın pley-offdakı rəqibləri müəyyənləşdi

  II "Ulduz Cup": "Neftçi" və "Sabah"ın pley-offdakı rəqibləri müəyyənləşdi

Qubada 12 yaşlı futbolçular arasında II "Ulduz Cup" beynəlxalq turniri keçirilir.

"Mediasport" xəbər verir ki, bu gün turnirin 1/4 final və yarımfinal oyunları keçiriləcək.

Pley off mərhələsində "Neftçi" "Bunyodkor"la, "Başakşəhər" "Dinamo" (Tbilisi, Gürcüstan), "Ulduz" "Paxtakor"la, "Trabzonspor məktəbi" "Sabah"la üz-üzə gələcək.

Xatırladaq ki, turnirin final görüşü avqustun 28-də baş tutacaq.