Dünya çempionatı: "Benfika" və "Çelsi" mübarizəyə başlayır

Dünya çempionatı: "Benfika" və "Çelsi" mübarizəyə başlayır

ABŞ-də keçirilən FİFA klublararası dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, ilk dəfə 32 komandanın iştirakı ilə baş tutan yarışda 1-ci turun görüşləri keçirilir.

Azarkeşlər bu axşam 3 qarşılaşma izləyəcəklər.

Avropa təmsilçilərindən "Çelsi" və "Benfika" ilk matçlarına çıxacaqlar.


Klublararası dünya çempionatı. Qrup mərhələsi. 1-ci tur


23.00. "Çelsi" (İngiltərə) - "Los Anceles" (ABŞ)

02:00. "Boka Xunyors" (Argentina) - "Benfika" (Portuqaliya)

06:00. "Flamenqu" (Braziliya) - "Esperans" (Tunis)