Arda Gülər mükafatlandırıldı

Arda Gülər mükafatlandırıldı

Dünya çempionatının 3-cü turunun D, E və F qruplarında keçirilən qarşılaşmaların ən yaxşı futbolçularının adları açıqlanıb.

"Mediasport" xəbər verir ki, Kürasao - Fildişi Sahili matçında (0:2) bu ada Nikolya Pepe layiq görülüb.

Ekvador - Almaniya duelində (2:1) Nilson Anqulo seçilib.

Yaponiya - İsveç görüşündə (1:1) Antoni Elanqa oyunun ən yaxşısı adına sahib çıxıb.

Tunis və Niderland oyununda (1:3) Brayan Brobbi mükafatlandırılıb.

Türkiyə - ABŞ matçında (3:2) Arda Gülər bu ada layiq görülüb.

Paraqvay - Avstraliya (0:0) qarşılaşmasında Eyden Onill fərqləndirilib.