Dünya çempionatını kənardan izləyəcək "ulduzlar" - SİYAHI
Bu yay tarixdə ilk dəfə 3 ölkə - ABŞ, Meksika və Kanadanın birgə təşkilatçılığı ilə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsində oynamayacaq məşhurların geniş siyahısı dərc olunub.
Tarixdə ilk dəfə 48 milli komandanın qatılacağı mundialda çox sayda tanınmış futbolçu iştirak etməyəcək.
Əsasən üzdə olanlarını diqqətinizə çatdırırıq:
Canluici Donnarumma, Nikolo Barella, Federiko Kyeza, Sandro Tonali (hamısı İtaliya), Robert Levandovski, Voysex Şensnı, Pyotr Zelinski (hamısı Polşa), Dominik Soboslai, Villi Orban (hər ikisi Macarıstan), Rasmus Hoylund, Kristian Eriksen, Yoahim Mehle (hamısı Danimarka), Aleksandr Zinçenko, Mixail Mudrik, Artyom Dovbik (hamısı Ukrayna), Viktor Osimhen, Ademola Lukman (hər ikisi Nigeriya), Pyer-Emerik Obameyanq (Qabon), Brayan Mbemo (Kamerun), Xviça Kvaratsxeliya, Giorgi Mamardaşvili (hər ikisi Gürcüstan), Duşan Vlahoviç, Filipo Kostiç, Sergey Milinkoviç-Saviç (hamısı Serbiya), Yan Oblak (Sloveniya) və Keylor Navas (Kosta Rika) kimi məşhur simalar dördilliyin zirvə yarışından kənar qalıblar.
Qeyd edək ki, 12 qrupda baş tutacaq mübarizə 11 iyun - 19 iyul aralığında reallaşacaq.
Mediasport.com.az
