"Sabah"ın ÇL-də bütün mümkün rəqibləri müəyyənləşdi
Tarixində ilk dəfə UEFA Çempionlar Liqasında mübarizə aparacaq "Sabah"ın bütün potensial rəqibləri müəyyənləşib.
"Mediasport" xəbər verir ki, səpələnməmişlər səbətində yer alacaq Masazır təmsilçisi turnirdə mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq.
Püşkatmada Azərbaycan və Ermənistan çempionları bir-birinə rəqib ola bilməzlər.
Qitənin birinci dərəcəli klub turnirinin ilk mərhələsinin püşkü iyunun 16-da atılacaq.
Bu mərhələnin ilk oyunları 7/8 iyul, cavab görüşləri 14/15 iyul tarixlərində keçiriləcək.
"Sabah" təsnifat mərhələsində ev oyunlarını Masazır qəsəbəsindəki stadionda keçirəcək.
"Sabah"ın mümkün rəqibləri:
"Şemrok Rovers" (İrlandiya)
"KuPS" (Finlandiya)
"Drita" (Kosovo)
"Linkoln" (Cəbəllütariq)
"Boraç" (Bosniya və Herseqovina)
"Vikinqur" (İslandiya)
"Kayrat" (Qazaxıstan)
"Universitatya Krayova" (Rumıniya)
"Larne" (Şimali İrlandiya)
"Riqa" (Latviya)
"Klaksvik" (Farer adaları)
"Flora" (Estoniya)
"Petrokub" (Moldova)
TNS (Uels).


