DÇ-2026: Mundialın final mərhələsinin püşkü atıldı
Tarixdə ilk dəfə üç ölkə - ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçiriləcək futbol üzrə dünya çempioantının final mərhələsinin püşkü atılıb.
"Mediasport" xəbər verir ki, 2026-cı ilin yayında təşkil olunacaq və ilk dəfə 48 milli komandanın yarışacağı dördilliyin zirvə yarışının püşkatma mərasimi Vaşinqtonda baş tutub.
Hərəsəində 4 yığma olmaqla, kollektivlər 12 qrupda mübarizə aparacaqlar.
Qruplarda ilk iki yeri tutancaq, həmçinin ən yaxşı 8 üçüncü ölkə pley-offla 1/16 finala yüksələcək.
Dünya çempionatı-2026. Final mərhələsi
A qrupu: Meksika, Cənubi Afrika, Cənubi Koreya, Avropa pley-offları – D yolu (Danimarka/Şimali Makedoniya/Çexiya/İrlandiya);
B qrupu: Kanada, Qətər, İsveçrə, Avropa pley-offları – A yolu (İtaliya/Şimali İrlandiya/Uels/Bosniya və Herseqovina);
C qrupu: Braziliya, Mərakeş, Haiti, Şotlandiya;
D qrupu: ABŞ, Paraqvay, Avstraliya, Avropa pley-offları – C yolu (Türkiyə/Rumıniya/Slovakiya/Kosovo);
E qrupu: Almaniya, Kürasao, Fil Dişi Sahili, Ekvador;
F qrupu: Niderland, Yaponiya, Tunis, Avropa pley-offu - B yolu (Ukrayna/İsveç/Polşa/Albaniya);
G qrupu: Belçika, Misir, İran, Yeni Zelandiya;
H qrupu: İspaniya, Kabo Verde, Səudiyyə Ərəbistanı, Uruqvay;
I qrupu: Fransa, Seneqal, Norveç, Qitələrarası pley-off yolu 2 (Boliviya/Surinam/İraq);
J qrupu: Argentina, Əlcəzair, Avstriya, İordaniya;
K qrupu: Portuqaliya, Özbəkistan, Kolumbiya, Qitələrarası pley-off yolu 1 (Yeni Kaledoniya/Yamayka/Konqo Demokratik Respublikası);
L qrupu: İngiltərə, Xorvatiya, Qana, Panama.
Xatırladaq ki, hazırda 42 komandanın turnirdə iştirak hüququ təsdiqlənib.
Daha altı millinin adına 2026-cı il martın sonunda keçiriləcək pley-off oyunları vasitəsilə aydınlıq gətiriləcək.
