"Xankəndi" və "Qaradağ Lökbatan" turu qələbə ilə başa vurdular
Futbol üzrə Azərbaycan 2-ci Liqasında 25-ci turun görüşləri keçirilib.
"Mediasport" xəbər verir ki, çempionluğa iddialı hər iki kollektiv həftəni qələbə ilə başa vurub.
Lider "Xankəndi" Qubada sevinib, ən yaxın izləyicisi "Qaradağ Lökbatan" isə 3 xalı doğma meydanda qazanıb.
Qeyd edək ki, yarışda mövsümün sonuna 2 tur qalıb və qarabağlılar turnir cədvəlində Lökbatan təmsilçisini 3 xal qabaqlayırlar.
Azərbaycan 2-ci Liqası. 25-ci tur
3 may (bazar)
“Göygöl” – “Ağstafa Gəncləri” 1:1
Hakimlər: Niyaz Əhmədov, Elvin Mədətov, Ağadur Mahmudov, Samir Hüseynov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Göygöl OİK stadionu, 16:30
4 may (bazar ertəsi)
“Kür-Araz” – “Sheki City” 5:1
Hakimlər: Nəriman Ağayev, Rəşad Quliyev, Sadiq Əliyev, İrşad Aydınov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Eldar Məmmədov
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:00
“Ağdaş” – “Araz Saatlı” 0:2
Hakimlər: Sənan Bayramzadə, Vüqar Bayramov, Hüseyn Vəliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Ağdaş şəhər stadionu, 16:30
5 may (çərşənbə axşamı)
“Quba” – “Xankəndi” 0:3
Hakimlər: Ceyhun Hüseynov, Sevda Nuriyeva, Əhməd Əhmədsoy, Nahid Xasıyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Quba OİK stadionu, 16:00
“Qaradağ Lökbatan” – “Dinamo” 5:2
Hakimlər: Nazim Abdullayev, Ruslan Babayev, Rizvan Süleymanov, Xəlil Xəlilov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Novruz Əzimov
Lökbatan OİK stadionu, 16:00
“Şirvan” – “Şəmkir” 3:2
Hakimlər: Maqsud Şamıyev, Orxan İbişov, Sənan Atayev, Rəsul Babayev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Namiq Əliyev
Şirvan OİK Stadionu, 16:30
