Redon Cicadan VİDA MESAJI

Redon Cicadan VİDA MESAJI

"Paltardəyişmə otağını bölüşdüyüm, dostluq münasibətləri qurduğum heyətə, futbolçulara təşəkkür etmək istəyirəm. "Qarabağ"a təşəkkür edirəm".

"Mediasport" xəbər verir ki, bu fikirlər "Qarabağ"dan ayrılan Redon Cicaya məxsusdur.

Əlcəzairin “Beluizdad" klubu ilə müqavilə bağlayan albaniyalı hücumçu sosial şəbəkə hesabında paylaşım edəərk vidalaşıb:

"2,5 ildən sonra vidalaşmaq vaxtı çatdı. Mənə hər zaman dəstək olan azarkeşlərə də minnətdarlığımı bildirmək istəyirəm.

Sizə uğurlar arzulayıram. Bu klubun bir parçası olmaq çox xoş idi".

Qeyd edək ki, 2023-cü ilin yanvarından Ağdam komandasında forma geyinən 26 yaşlı forvard 3 dəfə Azərbaycan çempionu adını qazanıb.

"Köhlən atlar"la 1 dəfə ölkə kubokunun qalibi olmuş Cica 73 oyun keçirib, 13 qol vurub, 5 məhsuldar ötürmə ilə yadda qalıb.