Azərbaycan millisi Sumqayıtda Haiti yığması ilə qarşılaşacaq

Azərbaycan millisi Sumqayıtda Haiti yığması ilə qarşılaşacaq

Azərbaycan milli komandasının yoldaşlıq görüşü üçün daha bir rəqibi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, A millimiz Haiti yığması ilə qarşılaşacaq.

Görüş martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.

Matçın başlama saatı barədə daha sonra məlumat veriləcək.

Qeyd edək ki, millimiz martın 25-də Belarus, iyunun 7-də Latviya, iyunun 10-da isə Macarıstan yığması ilə yoldaşlıq görüşü keçirəcək.