Güləşçilərimiz Batumidəki Dünya Seriyasında mübarizə aparır

 Güləşçilərimiz Batumidəki Dünya Seriyasında mübarizə aparır

Azərbaycanın çimərlik güləşçiləri Gürcüstanda keçirilən böyüklər arasında Dünya Seriyasının 3-cü mərhələsində mübarizə aparır.

"Mediasport" xəbər verir ki, təmsilçimiz İlqar Nəzərli (90 kq) nokaut mərhələsində yunanıstanlı Yorqos Tsaknakisə 1:2 hesabı ilə uduzub.

Vüsal Əliyev (80 kq) A qrupunda ilk turda serbiyalı Milyan Rayiçi 3:0 hesabı ilə məğlub edib.

Sahib Dadaşov (80 kq) B qrupunda ilk görüşdə fransalı Huqo Xose Fabyen Küenonu 2:0 hesabı ilə üstələyib.

İslam İlyasov (+90 kq) B qrupunda ilk turda gürcüstanlı Tedore Ebanoidzeyə 0:1 hesabı ilə uduzub.

Rübail İbrahimli (70 kq) B qrupunda Puerto Rikolu Tayler Devid Noksanı 4:0 hesabı ilə məğlub edib.

Əşrəf Aşırov (90 kq) B qrupunda yunanıstanlı Yorqios Tsaknakisi 4:0 hesabı ilə məğlub edib.

Yarış iyunun 21-də başa çatacaq.