"Çıxışımızdan razıyıq, amma daha da artırmalı olduğumuzu bilirik"

"Çıxışımızdan razıyıq, amma daha da artırmalı olduğumuzu bilirik"

"Bu mərhələyə qədər gəlib çatdığımız üçün xoşbəxtik. Komanda şəklində çıxışımızdan razıyıq, amma daha da artırmalı olduğumuzu bilirik".

"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə deyib.

Müdafiəçi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Şkendiya" ilə cavab oyunundan (5:1) sonra jurnalistlərə açıqlama verib.

O, Ağdam təmsilçisinin tarixində ikinci dəfə qitənin ali klub turnirinin əsas mərhələsində çıxış etmək üçün var güclə mübarizə aparacaqlarını söyləyib:

Məqsədimiz Çempionlar Liqasında liqa mərhələsində mübarizə aparmaqdır".

Xatırladaq ki, Qurban Qurbanovun komandası pley-offda Macarıstanın "Ferensvaroş" kollektivi ilə qarşılaşacaq.