Tahir Gözəl məşhur proqramda canlı yayıma qoşuldu - VİDEO

Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində "Ferensvaroş"u məğlub edərək (3:1, 2:3) liqa mərhələsinə vəsiqəni rəsmiləşdirib.
"Mediasport" xəbər verir ki, Türkiyənin TRT kanalı da Azərbaycan çempionunun uğuruna biganə qalmayıb.
Dövlət kanalında yayımlanan "Spor Manşet" verilişi Ağdam klubunun prezidenti Tahir Gözəli canlı yayıma qoşaraq təbriklərini çatdırıb.