Püşk atıldı: "Sabah"ın növbəti mümkün rəqibləri məlum oldu

Püşk atıldı: "Sabah"ın növbəti mümkün rəqibləri məlum oldu

2026/2027 mövsümündə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək "Sabah"ın yarışın 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

"Mediasport" xəbər verir ki, ölkə çempionu ilk raundda Uelsin TNS klubunu mübarizədən kənarlaşdırsa, "Vardar" (Şimali Makedoniya) - "Kups" (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

2-ci raundun ilk oyunları 17 iyulda, cavab matçları 21-22 iyulda baş tutacaq.