Avropa çempionatının sonuncu günündə 1 "gümüş", iki "bürünc"

Avropa çempionatının sonuncu günündə 1 "gümüş", iki "bürünc"

İtaliyanın Kaorle şəhərində güləş üzrə U-20 Avropa çempionatına yekun vurulub.

"Mediasport" xəbər verir ki, son gündə Azərbaycanın sərbəst güləşçiləri 1 gümüş, iki bürünc medal qazanıblar.

74 kq çəkidə yarışan Omar Gülməmmədov ukraynalı Boqdan Oliynikə sonuncu xal prinsipinə əsasən (7:7) qalib gələrək üçüncü yeri tuutb.

92 kq-da Anar Cəfərli gürcüstanlı Sandro Kuraşvilini 7:4 hesabı ilə məğlub edərək bürünc medalı boynundan asdırıb.

125 kq-da finalçımız Yusif Dursunov rusiyalı İnal Qaqloyevə (UWW) 0:11 hesabı ilə məğlub olaraq gümüş mükafat əldə edib.

Bürünc medal görüşlərini çıxan digər iki güləşçimiz - Bəşir Verdiyev (61 kq) və Məhəmməd Abbaszadə (86 kq) qitə birinciliyini mükafatsız başa vurublar.

Xatırladaq ki, sərbəs güləş yarışlarında daha əvvəl 3 təmsilçimiz - 57 kq-da Vasif Bağırov Avropa çempionu olub, 79 kq-da Muradxan Omarov gümüş, 97 kq-da Rəvan Musayev isə bürünc medal qazanıb.