Bir güləşçimiz Avropa çempionu oldu, ikisi bürünc medal qazandı

Azərbaycan güləşçisi Ayxan Cavadov İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.
"Mediasport" xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan idmançımız final görüşündə isveçli Adam Silverini xal keyfiyyətinə görə məğlub edərək (1:1) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Ümumilikdə bu gün dörd təmsilçimiz medal üçün mübarizə aparıb.
67 kq-da Fəraim Mustafayev bürünc mükafat uğrunda türkiyəli Abdullah Keskinə qalib gələrək 3-cü yeri tutub.
72 kq-da Seymur Qasımov 3-cülük görüşündə yunanıstanlı Arionas Kolitsopulosa uduzub - 1:3.
82 kq-da Elmin Əliyev bürünc medal üçün serbiyalı Oqnyen Yakovlyeviçlə qarşılaşıb və rəqibinə heç bir şasn verməyib - 10:0.
Bu gün mübarizəyə qoşulan 97 kq-dakı güləşçimiz İslam Rzayev təsnifat mərhələsində rusiyalı Saypula Qadjimaqomedova (UWW) məğlub olub - 2:10.