Daha bir azərbaycanlı futbolçunu "Şəfa"dan yola saldılar - RƏSMİ
Azərbaycan Premyer Liqasına hazırlaşan "Şəfa" daha bir yerli futbolçu ilə vidalaşıb.
"Mediasport" xəbər verir ki, paytaxt klubu Pərviz Azadovu yola salıb.
Müdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Xatırladaq ki, bakılılar onadək yerlilərdən Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Aqil Nəsibov, Seymur Rəhimov, Elvin İsmayılov, İbrahim Əliyev, Novruz Məmmədov, Aqşin Paşayev, Urfan İsmayılov, Rəvan Kazımov, Vüqar Həsənov və Ruslan Hacıyevlə əməkdaşlığı dayandırıblar.


