Rusiya klubunun azərbaycanlı üzvü millimizdə forma geyinəcək?
Rusiyanın "İjorets" klubunun Azərbaycan əsilli yetirməsi İslam İmamov karyerasını ölkəmizdə davam etdirə bilər.
"Mediasport"a verilən məlumata görə, Premyer Liqa klublarımız qapıçının transferində maraqlıdır.
Bildirilib ki, Azərbaycan təmsilçiləri hazırda "SKA-Xabarovsk"da forma geyinən qolkiperlə təmasa keçiblər.
Azərbaycan milli komandasının da məşqçilər korpusunun diqqətdə saxladığı 25 yaşlı "çəçrivə" qoruyucusu yekun qərarını mövsümün sonunda verəcək.
Onun Xabarovsk komandası ilə anlaşması iyunun 30-da başa çatacaq.
İmamov karyerası ərzində vətəndaşı olduğu Rusiyada “Legion-Dinamo”, “İjorets”, “Zvezda” və “Kuban Holdinq” klublarında oynayıb.
