DÇ-2026: Meydan sahibi ABŞ-nin yekun heyəti açıqlandı - SİYAHI
Bu yay futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkələrdən ABŞ milli komandasının yekun heyəti açıqlanıb.
Baş məşqçi Mourisio Poçettino düşərgəyə 26 oyunçu cəlb edib.
Mundialı ABŞ və Meksika ilə birgə təşkil edəcək Kanada D qrupunda Paraqvay, Avstraliya və Türkiyə millilərinə qarşı mübarizə aparacaq.
Tarixdə ilk dəfə 48 millinin iştirakı ilə baş tutacaq DÇ 11 iyun - 19 iyul aralığında reallaşacaq.
Qapıçılar: Mett Terner ("Nyu-İnqlend Revolyuşn"), Mett Friz ("Nyu-York Siti"), Kris Breydi ("Çikaqo Fayr");
Müdafiəçilər: Serjinyo Dest (PSV), Kris Riçards ("Kristal Pelas"), Entoni Robinson ("Fulhem"), Oston Trasti ("Seltik"), Maylz Robinson ("Sinsinnati"), Tim Rim ("Şarlott"), Aleks Friman ("Vilyarreal"), Maksimilian Arfsten ("Kolumbus Kryu"), Mark Makkenzi ("Tuluza"), Co Skalli ("Borussiya" Münhenqladbax);
Yarımmüdafiəçilər: Tayler Adams ("Bornmut"), Covanni Reyna ("Borussiya", Münhenqladbax), Ueston Makkenni ("Yuventus"), Sebastian Berhalter ("Vankuver Uaytkaps"), Kristian Roldan ("Sietl Saunders"), Malik Tillman ("Bayer", Leverkuzen),
Hücumçular: Rikardo Pepi (PSV), Kristian Pulişiç ("Milan"), Brenden Aaronson ("Lids"), Haci Rayt ("Koventri Siti"), Folarin Baloqun ("Monako"), Timoti Vea ("Marsel"), Alexandro Sendexas ("Amerika").
Mediasport.com.az


