Almaniya millisi pley-offda, Niderlanddan darmadağın

Almaniya millisi pley-offda, Niderlanddan darmadağın

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyində futbol üzrə 23-cü dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, F və E qruplarının hərəsində bir matç keçirilib.

Mundiala Yaponiya ilə bərabərliklə (2:2) başlayan Niderland yığması İsveç millisini darmadağın edib - 5:1.

Startda debütant Kürasao komandasının qapısından 7 top keçirən Almaniya seçməsi isə Fildişi Sahili futbolçuları ilə görüşdə geridönüş edərək çətin qələbə qazanıb - 2:1.

Bundestim iki turdan sonra 6 xalla adını pley-offa yazdırıb.


DÇ-2026. 2-ci tur


Niderland - İsveç 5:1


Almaniya - Fildişi Sahili 2:1