DÇ-2026-nın seçmə mərhələsi: Türkiyə Gürcüstanla qarşılaşacaq

DÇ-2026-nın seçmə mərhələsi: Türkiyə Gürcüstanla qarşılaşacaq

Bu gün 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar baş tutacaq.

"Mediasport" xəbər verir xəbər verir ki, 8 qarşılaşma baş tutacaq.

A və E qruplarında ilk qarşılaşmalar təşkil olunacaq.

Günə Qazaxıstanda start veriləcək. Onlar Uelsi qəbul edəcək.

E qrupunda Türkiyə Gürcüstanın, İspaniya Bolqarıstanın qonağı olacaq.

Azərbaycan milli komandası isə mübarizəyə sabah start verəcək.

Fernandu Santuşun başçılıq etdiyi yığma İslandiyanın qonağı olacaq.

DÇ-2026-nın seçmə mərhələsi

A qrupu

22:45 Slovakiya - Almaniya

22:45 Lüksemburq - Şimali İrlandiya

E qrupu

20:00 Gürcüstan - Türkiyə

22:45 Bolqarıstan - İspaniya

G qrupu

20:00 Litva - Malta

22:45 Niderland - Polşa

Xal durumu: Finlandiya - 7, Niderland - 6, Polşa - 6, Litva - 2, Malta - 1

J qrupu

18:00 Qazaxıstan - Uels

22:45 Lixtenşteyn - Belçika

Xal durumu: Şimali Makedoniya - 8, Uels - 7, Belçika - 4, Qazaxıstan - 3, Lixtenşteyn - 0