Pezeşkian milli komandanın futbolçuları ilə görüş keçirdi

Pezeşkian milli komandanın futbolçuları ilə görüş keçirdi

"Dua edirik ki, ləyaqətlə qayıdasınız. Meydanda İranın şöhrəti üçün bütün gücünüzlə çıxış edin".

"Mediasport" SNNTV-yə istinadla xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian milli komandanın düşərgəsində olarkən futbolçulara deyib.

Dövlət başçısı futbolçulara dünya çempionatında uğurlar arzulayıb.

İran yığması G qrupunda Belçika, Misir və Yeni Zelandiya ilə qarşılaşacaq.

Dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirdə ilk dəfə 48 komanda iştirak edəcək.