Dünya çempionatları tarixində ilk

Dünya çempionatları tarixində ilk

ABŞ, Meksika və Kanadanın birgə təşkilatçılığı ilə keçirilən futbol üzrə 23-cü dünya çempionatında daha bir ilk yaşanır.

"Mediasport" xəbər verir ki, yarışın tarixində bombardirlər siyahısında ilk dəfə üçhakimiyyətlilik hökm sürür.

Argentina millisindən Lionel Messi, Fransa yığmasından Kilian Mbappe, Norveç komandasından isə Erlinq Holan rəqib qapılarından 7 top keçirib.

Xatırladaq ki, hər üç futbolçunun komandası mundialda 1/4 finala vəsiqə qazanıb.

Yarış iyulun 19-da yekunlaşacaq.