"Sabah"dan növbəti transfer
"Sabah" növbəti transferini açıqlayıb.
"Mediasport" xəbər verir ki, Azərbaycan çempionu braziliyalı müdafiəçi Junior Erivaldo Almeydanı heyətinə cəlb edib.
26 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb. Almeyda Portuqaliyanın "Maritimu" klubundan transfer edilib.
Mərkəz müdafiəçisi karyerası ərzində Braziliyanın "Novorizontino" (2020-2023), "Katanduva" (2021), "Votuporanguense" (2022), Portuqaliyanın "Eştrela Amadora" (2022-2023) və "Maritimu" (2024-2026) komandalarında oynayıb.


