Dünya çempionatı: Millimizin 5 üzvü yarışacaq - İki medal şansı

 Dünya çempionatı: Millimizin 5 üzvü yarışacaq - İki medal şansı

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, mundialın üçüncü günündə Azərbaycanın 5 idmançısı yarışacaq.

Sərbəst güləşçilərdən Cəbrayıl Qadjiyev (79 kq) təsəlliverici görüşlərə qatılacaq.

Maqomedxan Maqomedov (97 kq) və qadınların mübarizəsində Günay Qurbanova (59 kq) DÇ-yə təsnifat mərhələsindən, Əli Rəhimzadə (65 kq) 1/16 finaldan start verəcək.

Axşam seansında Osman Nurmaqomedov (92 kq) bürünc medal görüşünü keçirəcək.

Xatırladaq ki, sərbəst güləş millimiz iki yarış günündə 3 medal qazanıb - Giorgi Meşvildişvili (125 kq) gümüş, Nurəddin Novruzovla (61 kq) Arseniy Cioyev (86 kq) isə bürünc mükafat əldə ediblər.

Azərbaycan sentyabrın 21-də yekunlaşacaq dünya birinciliyində ümumilikdə 23 idmançı ilə yollanıb.güləşçi ilə təmsil olunur.