Daha bir güləşçimizdən dünya çempionatında bürünc medal

Daha bir güləşçimizdən dünya çempionatında bürünc medal

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, mundialın üçüncü günündə Azərbaycanın 5 idmançısı yarışıb.

Sərbəst güləşçilərdən Cəbrayıl Qadjiyev (79 kq) təsəlliverici görüşləri uğurla keçsə də, bürünc medal duelində iranlı rəqibi ilə bacarmayıb.

Əli Rəhimzadə (65 kq), Maqomedxan Maqomedov (97 kq) və qadınların mübarizəsində Günay Qurbanova (59 kq) da ümidləri doğrultmayıblar.

Maqomedxan Maqomedov səhhətində yaranmış problemlərə görə çıxışını yarımçıq dayandırıb.

Osman Nurmaqomedov (92 kq) isə bürünc medal görüşünü qələbə ilə başa vuraraq dünya üçüncüsü olub.

Beləliklə, turnirə 10 sərbəst güləşçi ilə yollanan millimiz DÇ-ni 4 medalla başa vurub - mundialda daha əvvəl Giorgi Meşvildişvili (125 kq) gümüş, Nurəddin Novruzovla (61 kq) Arseniy Cioyev (86 kq) bürünc mükafat əldə ediblər.

Xatırladaq ki, Azərbaycan sentyabrın 21-də yekunlaşacaq dünya birinciliyinə ümumilikdə 23 idmançı ilə yollanıb.