İKİ SENSASİYA: "Mançester Siti" və "İnter" mübarizəni erkən dayandırdı

İKİ SENSASİYA: "Mançester Siti" və "İnter" mübarizəni erkən dayandırdı

ABŞ-nin ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/4 finala vəsiqə qazanan daha iki kollektiv müəyyənləşib.

"Mediasport" xəbər verir ki, 1/8 finalda baş tutan hər iki qarşılaşmada sensasiya qeydə alınıb.

İtaliya nəhəngi "İnter" Braziliyanın "Fluminense" klubuna məğlub olaraq mundialla vidalaşıb (0:2).

İngiltərə təmsilçisi "Mançester Siti"ni isə əlavə vaxtda Səudiyyə Ərəbistanının "Əl Hilal" komandası dayandırıb (2:2, 2:1)

Qeyd edək ki, daha əvvəl "Bayern" (Almaniya), PSJ (Fransa), "Çelsi" (İngiltərə) və "Palmeyras" (Braziliya) adını növbəti raunda yazdırıb.

1/4 finala yüksələcək digər iki klub "Real" M. (İspaniya) - "Yuventus" (İtaliya) və "Borussiya" D. (Almaniya) - "Monterrey" (Meksika)" duellərindən sonra məlum olacaq.

Tarixdə ilk dəfə 32 komandanın iştirakı ilə keçirilən dünya çempionatına iyulun 13-də yekun vurulacaq.