DÇ-yə ən çox futbolçu göndərən liqalar və klublar - STATİSTİKA
Tarixdə ilk dəfə 48 milli komandanın iştirakı ilə keçiriləcək futbol üzrə dünya çempionatına sayılı günlər qalır.
Demək olar, yarışa qatılacaq ölkələrin hamısı iştirak ərizələrini FİFA-ya təqdim ediblər.
İyunun 11-dən iyulun 19-dək davam edəcək mundiala ümumilikdə 1248 futbolçu çağırılıb.
Ən çox oyunçu ilə təmsil olunan ölkə birinciliyi İngiltərə Premyer Liqasıdır.
"Mediasport" ən son yenilənmiş geniş statistik siyahını təqdim edir:
Liqalar üzrə ən çox futbolçu göndərən çempionatlar
İngiltərə Premyer Liqası - 176 futbolçu
Almaniya Bundesliqası - 101
İspaniya La Liqası - 81
Fransa Liqa 1 - 79
İtaliya A Seriyası - 66
Səudiyyə Ərəbistanı Pro Liqası - 47
ABŞ/Kanada MLS - 44
Türkiyə Superliqası - 39
İngiltərə Çempionşipi - 34
Niderland Erediviziyası - 33
Klublar üzrə ən çox futbolçu göndərən komandalar
"Mançester Siti" - 19 futbolçu
"Bayern" - 18
"Arsenal" - 16
PSJ - 16
"Barselona" - 15
"Əl Hilal" - 12
"Atletiko" Madrid - 12
"Kristal Pelas" - 12
"Mançester Yunayted" - 12
"Liverpul" - 11
"Borussiya" Dortmund - 11
"Qalatasaray" - 11
"Milan" - 10
PSV - 10
"Real" Madrid - 10
"Slaviya" Praqa - 10


