Dünya çempionatının bayrağı Azərbaycana təqdim olundu

Tailandın paytaxtı Banqkokda keçirilən sumo üzrə dünya çempionatında yarışın rəsmi bayrağı Azərbaycana təqdim olunub.
"Mediasport" xəbər verir ki, bayrağı ölkəmiz adından Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının vitse-prezidenti Ülvi Ağamirov qəbul edib.
Xatırladaq ki, dünya birinciliyi ölkəmizdə gələn il sentyabrın 1-dən 10-dək Bakıda təşkil ediləcək.