Dünya futbolu tarixinin ən yaxşı qapıçısı müəyyənləşdi - SİYAHI

Dünya futbolu tarixinin ən yaxşı qapıçısı müəyyənləşdi - SİYAHI

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı qapıçılarıının siyahısını dərc edib.

"Mediasport" xəbər verir ki, keçmiş SSRİ millisinin sabiq üzvü Lev Yaşin tarixin bir nömrəsi seçilib.

Moskva "Dinamo"sunda 20 il çıxış etmiş əfsanəvi qolkiper italyan Canluici Buffonu qabaqlayıb.

"10-luq"da Almaniyanın üç təmsilçisi yer alıb.


Dünyanın ən yaxşı qapıçılarının "10-luğ"u


Lev Yaşin - SSRİ

Canluici Buffon, İtaliya

Manuel Noyer, Almaniya

İker Kasilyas, İspaniya

Qordon Banks, İngiltərə

Petr Çex, Çexiya

Dino Zoff, İtaliya

Sepp Mayer, Almaniya

Rikardo Zamora, İspaniya

Oliver Kan, Almaniya