Elçin Məsiyev AÇ-də Portuqaliya yığmasının matçını idarə edəcək

Elçin Məsiyev AÇ-də Portuqaliya yığmasının matçını idarə edəcək

FİFA referisi Elçin Məsiyev növbəti dəfə UEFA-dan təyinat alıb.

"Mediasport" xəbər verir ki, ədalət təmsilçisi Slovakiyada təşkil edilən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının qrup mərhələsinin III turu çərçivəsində keçiriləcək Gürcüstan - Portuqaliya oyununun baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını venesuelalı Aleksis Errera yerinə yetirəcək.

İyunun 17-də Trençin şəhərində yerləşən “Siqot” stadionunda keçiriləcək C qrupunun matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, Elçin Məsiyev iyunun 12-də turnirin A qrupunun Çexiya - İngiltərə (1:3) görüşünü idarə edib.