"Qarabağ"ın əsas üzvü Avropa klubunun diqqət mərkəzində

"Qarabağ"ın aparıcı futbolçusu Marko Yankoviç növbəti mövsümdən karyerasını Yunanıstan Super Liqasında davam etdirə bilər.
"Mediasport" xəbər verir ki, yarımmüdafiəçi ilə bu ölkənin nəhəng klubu "Panatinaikos" maraqlanır.
Məlumata görə, Afina təmsilçisi monteneqrolu üçün ağdamlılara bu yaxınlarda təklif göndərməyi planlaşdırır.
30 yaşlı balkanlı "köhlən atlar"ın heyətində 2022-ci ilin yayından forma geyinir.