"Qarabağ" azarkeşləri "Nyukasl"a Bakıda bu gün "cəhənnəm əzabı" yaşatmalıdırlar - Rusiya mətbuatı
"Qarabağ"ın futbolçuları mövsümün ən yaxşı oyununu oynamalıdırlar. Yalnız bundan sonra onlar Nyukasl səfərindən əvvəl 1/8 final şanslarını qoruyub saxlayacaqlar".
"Mediasport" xəbər verir ki, bu fikirlər Rusiya mətbuatında yer alıb.
Nüfuzlu "Championat.com" portalı Ağdam klubunun UEFA Çempionlar Liqasında tarixi oyunlar ərəfəsində olduğunu yazıb:
"Qarabağ" bütövlükdə Azərbaycan futbolunun tarixində ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. Qurban Qurbanovun komandasının qarşısına püşkatmada “Nyukasl” çıxdı.
Azərbaycan klubunu bir həftə sonra "Sent-Ceyms Park"da çətin sınaq gözləyir. Onadək isə ev sahibi komandanın azarkeşləri bu gün Eddi Haunun kollektivinə "cəhənnəm əzabı" yaşatmalıdırlar".
Bakıda baş tutacaq ilk duel bu axşam saat 21:45-də start götürəcək.
