AVRO-2025: Elçin Məsiyev 1/4 finalın Almaniya - İtaliya matçında

AVRO-2025: Elçin Məsiyev 1/4 finalın Almaniya - İtaliya matçında

Slovakiyada keçirilən U-21 Avropa çempionatının final mərhələsində iki görüş idarə etmiş Azərbaycanın FİFA referisi Elçin Məsiyev UEFA-dan növbəti dəfə təyinat alıb.

"Mediasport" xəbər verir ki, 31 yaşlı ədalət təmsilçisi bu dəfə 1/4 finalda iş başında olacaq.

Referi pley-off mərhələsinin Almaniya - İtaliya oyununun dördüncü hakimi təyin edilib.

Litvalı Manfredas Lukyançukasın baş hakimi olacağı matç iyunun 22-də keçiriləcək.

Qeyd edək ki, Elçin Məsiyev AÇ-nin qrup mərhələsində Çexiya - İngiltərə (1:3) və Gürcüstan - Portuqaliya (0:4) görüşlərinin baş hakimi olub.