"Qarabağ"la görüşdə "Neftçi"nin 4 futbolçusu meydana çıxmayacaq

"Neftçi" Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Qarabağ”la matça itkilərlə çıxacaq.
Mediasport.com.az xəbər verir ki, “ağ-qaralar”ın 4 futbolçusu "Azərbaycan derbisi"ndə meydana çıxa bilməyəcək.
Fərdi məşq edən Andrey Ştoqrin, zədəli Elvin Camalov, həmçinin komanda ilə birlikdə məşqlərə qatılan Dembo Darbo ilə Rafael Quzzo sabah forma geyinməyəcək.
"Neftçi Arena"da baş tutacaq görüş saat 19:00-da başlanacaq.