Mahir Emreli Xorvatiyada qol vurdu, "Rakuv" uduzmadı - VİDEO

Mahir Emreli Xorvatiyada qol vurdu, "Rakuv" uduzmadı - VİDEO

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Rakuv" klubunun heyətində növbəti qolunu vurub.

"Mediasport" xəbər verir ki, hücumçu UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda fərqlənib.

Forvard Xorvatiya səfərində "Hayduk"un qapısına yol tapıb, matç 2:2 hesabı ilə yekunlaşıb.

Cavab görüşü avqustun 27-də keçiriləcək.

Qeyd edək ki, bu, Emrelinin "Rakuv"un heyətində 3-cü qoludur. O, Polşa klubunda icarə əsasında çıxış edir.